Qadın güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazandı

Qadın güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazandı
Digər, Güləş
31 Mart 2017 - 21:46
Supersport.Az xəbər verir ki, Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərimiz çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurub.

53 kq-da mübarizə aparan Leyla Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ukrayna idmançısı olub. Gərgin keçən qarşılaşma rəqibin xeyrinə başa çatıb. Leyla Qurbanova çempionatın gümüş medalına sahib olub.

58 kq çəkidə yarışan Alyona Kolesnik Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də yarımfinalda təcrübəli Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Fransa təmsilçisini tam üstünlüklə məğlub edən Kolesnik çempionatın bürünc medalını qazanıb.

Digər xəbərlər