Adil Əliyev: "Bu idmançılar sabahın səngərdə duran igid əsgərləridir"

Adil Əliyev: "Bu idmançılar sabahın səngərdə duran igid əsgərləridir"
Kikboks, Digər
29 Mart 2017 - 00:52
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" adı altında kadetlər və yeniyetmələr arasında Azərbaycan birinciliyi haqda məlumat vermişdik.

Supersport.Az-ın məlumatına görə, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev çıxışı zamanı ölkə rəhbərliyinin idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb. 

Qurum rəhbəri, federasiya olaraq vətənpərvər gənclərin yetişməsinə xüsusi önəm verdiklərini vurğulayıb:

"Federasiyada minlərlə vətənpərvər gəncimiz var. Bizim federasiyada məşqlərini davam etdirmiş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Çingiz Qurbanov torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak oldu".

Digər xəbərlər