Seminarlara start verildi

Seminarlara start verildi
Digər, Taekvondo
28 Mart 2017 - 14:17


Supersport.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının idman zalında məşqçi-müəllimlər və hakimlər üçün nəzərdə tutulmuş seminarlara start verildi.
31 mart 2017-ci il tarixinədək davam edəcək seminarda, respublikamızda fəaliyyət göstərən klub və bölmələrin məşqçi-müəllimləri, eləcə də milli və beynəlxalq dərəcəli hakimlər qatılmışlar. Seminarın təşkil olunmasında məqsəd, Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir.

Xatıladaq ki, məşqçilər üçün seminar saatları 09:00-dan 12:00-dək, hakimlərin seminar vaxtları 14:00-dan 17:00-dək olacaq. Hər iki seminar, ATF-nin texniki direktoru Oh Kvanq Çeol tərəfindən keçiriləcək və seminar iştirakçılarına xüsusi sertifikatlar təqdim ediləcək.

Digər xəbərlər