Xəyal Əhmədov: "Qələbəmi şəhidlərimizin əziz xatirəsinə həsr edirəm" - Video

Xəyal Əhmədov: "Qələbəmi şəhidlərimizin əziz xatirəsinə həsr edirəm" - Video
Kikboks, Digər, Video
27 Mart 2017 - 23:57
Azərbaycanın peşəkar kikboksçusu, dünya kəmərinin sahibi Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində qarışıq döyüş növləri (MMA) və K1 versiyaları üzrə beynəlxalq turnirin qalib olub.

Supersport.Az  xəbər verir ki, müxtəlif beynəlxalq turnirlərin qalibi olan idmançımız qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsinə həsr etdiyini bildirib. Davamlı dəstəyə görə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə minnətdarlıq edən idmançı deyib: “Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın uğurları davam edir. Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq, kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi yüksək səviyyədə keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Qarşıdan aprel hadisələrinin ildönümü yaxınlaşır. Bu qələbəmi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur”.

Qeyd edək ki, “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışa dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb.

Xəyal Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunan döyüşdə inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Vosnitza üzərində təmiz qələbə qazanıb.

Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

 


 

 

 

 

 

 

 

 

Digər xəbərlər