Faiq Qarayevdən Qayiçə mükafat - Foto

Faiq Qarayevdən Qayiçə mükafat - Foto
Digər, Voleybol, Foto
27 Mart 2017 - 23:37
"Telekom" klubunun baş məşqçisi Zoran Qayiç Azərbaycan Voleybol Federasiyası tərəfindən mükafatlandırılıb.

Supersport.Az saytı xəbər verir ki, serbiyalı mütəxəssis ölkə voleybolunda göstərdiyi xidmətlərə görə xüsusi mükafata layiq görülüb.

Super Liqanın rəsmi bağlanış mərasimində ona hədiyyəni Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev təqdim edib.

O bildirib ki, Qayiç ölkə voleyboluna böyük fayda verib. Qarayev Bakı təmsilçisinin çalışdırıcısına Serbiya Voleybol Federasiyasında prezident kimi fəaliyyətində uğurlar da arzulayıb.

Qeyd edək ki, Qayiç "Telekom"la çempion adını qazanıb.

Digər xəbərlər