"Telekom" ölkə çempionudur!

"Telekom" ölkə çempionudur!
Digər, Voleybol
27 Mart 2017 - 19:30
"Telekom" komandası qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017-ci il mövsümünün qalibi olub.

Supersport.Az xəbər verir ki, serbiyalı baş məşqçi Zoran Qayiçin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son turunda "Lokomotiv"i 3:0 hesabı ilə məğlub edərək qızıl medalları qazanıb. Beləliklə, 16 oyundan 14 qələbə qazanan "Telekom" ölkə çempionu adına sahib olub.

Mövsümə "Azəryol" – "Azərreyl" matçı ilə yekun vurulub. Reqlamentə əsasən, çempionluqda xallar deyil, qələbə sayı əsas götürüldüyündən bu qarşılaşmanın nəticəsi heç bir əhəmiyyət kəsb etmir.

Digər xəbərlər