Taekvondo Federasiyasında imtahan

Taekvondo Federasiyasında imtahan
Digər, Taekvondo
25 Mart 2017 - 13:45



Supersport.Az xəbər verir ki, bu gün Azərbaycan Taekvondo Federasiyasının idman zalında dan imtahanı keçirilmişdir.

Bakı şəhəri, eləcə də bölgələrdə fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 58 məşqçi-müəllim və idmançının iştirak etdiyi imtahan texniki direktor Oh Kvanq Çeol, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və Pumse uzrə komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi ilə baş tutumuşdur.

43 nəfər 1-ci dan, 11 nəfər 2-ci dan, 3 nəfər 3-cü dan, 1 nəfər isə 4-cü dan uğrunda sınağı müvəfəqiyytlə başa vuran iştirakçılara dan sertifikat veriləcək.


Xatırladaq ki, Azərbaycan Taekvondo Federasiyasının idman zalında 27-31 mart 2017-ci il tarixlərində isə məşqçi-müəllimlər və hakimlər üçün seminarlar keçiriləcək.
Seminarların təşkil olunmasında əsas məqsəd, Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir. Məşqçilər üçün seminar saatları 09:00-dan 12:00-dək, hakimlərin seminar vaxtları 14:00-dan 17:00-dək olacaq. Hər iki seminar, ATF-nin texniki direktoru Oh Kvanq Çeol tərəfindən keçiriləcək və seminar iştirakçılarına xüsusi sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, məşqçi-müəllimlər və hakimlər 27 mart tarixində saat 08:00-da federasiyanın inzibati binasında qeydiyyatdan keçməli və seminarlarda iştirakı mütləqdir.












Digər xəbərlər