"Böyük İpək yolu" başlayır

"Böyük İpək yolu" başlayır
Digər, Boks
13 Mart 2017 - 21:55
Martın 14-də Azərbaycanda ənənəvi IX "Böyük İpək yolu" beynəlxalq turnirinə start veriləcək.

Supersport.Az xəbər verir ki, yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da iştirak edəcək. Üç gün davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunacaqlar.

Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparacaqlar.

Ümumilikdə 100-dək boksçunun iştirak edəcəyi turnirə martın 17-də yekun vurulacaq.

Digər xəbərlər