Raqif Abbasov: "Azərbaycanda idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib"

Raqif Abbasov: "Azərbaycanda idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib"
Digər
03 Mart 2017 - 22:52
Yasamal rayon İcra Hakimiyyətinin konfrans zalında "5 mart-Bədən Tərbiyəsi və İdman Gunu"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə  Milli  Olimpiya  Komitəsinin  vitse-prezidenti, Ədalətli  Oyunlar  Komissiyasının  sədri  Xəzər  İsayev, Bakı şəhər Gənclər və İdman İdarəsinin   rəisi  Raqif  Abbasov,  millət  vəkilləri  Ülvi  Quliyev  və  Elşad  Həsənov, Yasamal  rayon  İcra Hakimiyyəti  başçısının  müavini  Təravət  Muradova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, tanınmış  idmançılar  və  rəsmi  qonaqlar  iştirak edib.

Tədbiri  giriş  sözü  ilə  Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi  İlham Səfərov açaraq  toplantı  iştirakçılarını  salamlayıb. Daha  sonra  İlham  Səfərov  "Müstəqil Azərbaycanın idman tarixi" mövzusunda  çıxış  etmiş və bildirmişdi  ki, Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev  cənablarının  04  mart   2005-ci  il  tarixli   sərəncamı ilə 5  mart  tarixi "Bədən  tərbiyəsi  və  idman  günü" elan  edilmiş, habelə "Əməkdar bədən  tərbiyəsi  və  idman  xadimi"  adı  təsis  edilib. İlham Səfərov  qeyd edib ki, imzalanmış sərəncamlar ölkə  rəhbərliyinin idmana və  ölkə  idmançılarına  olan  tükənməz  qayğısının  bariz  nümunəsidir.

Sonra Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək  bədən tərbiyəsi və idman günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, öz çıxışında deyib:

"Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qaygı  nəticəsində idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib. Son illər idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Bu inkişaf  həm gənclərimizi sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır".

Toplantıda  bir  qrup  idmançı  5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə  idmanda  əldə  etdiyi  yüksək nailiyyətlərə görə, habelə bir qrup  idman  ictimaiyyəti nümayəndəsi  yeniyetmə  və  gənclər  arasında  idmanın  təbliğində  göstərdiyi  səmərəli  fəaliyyətinə  görə  Yasamal rayon Gənclər  və  İdman  İdarəsinin  təsis  etdiyi fəxri  fərman  və xatirə hədiyyələri  ilə  mükafatlandırılmışlar. Bundan əlavə, tədbirdə Yasamal  rayon  məktəbliləri  arasında keçirilmiş XXVIII  spartakiadanın və "Şahin" hərbi-idman  oyunu  üzrə  rayon  birinciliklərinin qalibləri  müvafiq  kubok  və  diplomlarla  təltif  edilib.

Həmçinin  5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 1-5 mart tarixləri paytaxtda idman həftəsi elan olunub və bu tarixdə keçirilən bütün tədbirlər idman gününə həsr edilib. Şaolin, şahmat, futbol, stolüstü tennis, karate-do, idman rəqsləri və s idman növləri üzrə keçirilən yarışları misal göstərmək olar.

Digər xəbərlər