Almeydanın millimizdə ilk oyunu nə vaxt olacaq? - AFFA açıqladı

Almeydanın millimizdə ilk oyunu nə vaxt olacaq? - AFFA açıqladı
Futbol
28 Fevral 2017 - 18:28
"Qarabağ”ın futbolçusu Riçard Almeyda DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiyaya qarşı Bakıda keçiriləcək oyununda Azərbaycan millisinin heyətində ilk dəfə meydana çıxa bilər.

Supersport.Az xəbər verir ki, bu haqda Qol.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. O bildirib ki, Almeydanın millimizdə oynamasıyla bağlı sənədlər toplanaraq FİFA-nın müvafiq komitəsinə göndəriləcək.

O deyib ki, böyük ehtimalla Riçard Almeydanın iyunun 10-da Bakıda Şimali İrlandiya komandası ilə oyuna qədər Azərbaycan millisində oynaması üçün bütün hüquqi prosedurlar həllini tapacaq. M.Nərimanoğlu onu da deyib ki, Almeydanın marta Almaniya ilə oyunda meydana çıxması isə gözlənilmir.

Qeyd edək ki, milliləşdirilmiş əcnəbi oyunçuların bir komandada oynamasına razılığı FİFA-nın Oyunçuların Statusu Komitəsi verir. Adətən, bu komitə federasiyanın ünvanladığı müraciətə 3 ay müddətində cavab verir.

Xatırladaq ki, "Qarabağ"ın 27 yaşlı braziliyalı yarımmüdafiəçi olan Riçard Almaeyda milli komandamızda oynamağa razılıq verib. Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb.

Digər xəbərlər