Azərbaycanlı hakim CEV tərəfindən yeni təyinat alıb

Azərbaycanlı hakim CEV tərəfindən yeni təyinat alıb
Digər, Voleybol
27 Fevral 2017 - 15:25
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Supersport.Az xəbər verir ki, E.Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Uraloçka” (Rusiya) - “Vakıfbank” (Türkiyə) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi italiyalı Roberto Boris olacaq.

Qeyd edək ki, “Uraloçka”-“Vakıfbank” oyunu fevralın 28-də Yekaterinburqda keçiriləcək.

Digər xəbərlər