Oyunun 74-cü dəqiqəsində “Zirə” klubunun 1 №-li futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaqdır.
19 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Premyer Liqanın XIX turunun “Qəbələ” – “Qarabağ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
• “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur.
• “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur.
• “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur.