Formula-1 Azərbaycan Qran-prisinin akkreditasiya qaydaları yerli jurnalistlərə təqdim olunub

Formula-1 Azərbaycan Qran-prisinin akkreditasiya qaydaları yerli jurnalistlərə təqdim olunub
Digər, Formula-1
20 Fevral 2017 - 21:56
Fevralın 20-dən Formula-1 Azərbaycan Qran-prisinin media akkreditasiyası prosesinə start verilib.

Supersport.Az xəbər verir ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya iyunda Azərbaycanda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.

Fevralın 20-də təşkil olunan seminarda BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa çağıraraq deyib: “Bakıda ikinci dəfə keçiriləcək Formula-1 yarışında yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula-1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Yarışa hazırlıq barədə məlumat verən N.Arpadarai könüllülərin və marşalların seçim prosesinin yekunlaşmaq üzrə olduğunu, həmçinin əsas tikinti işlərinə maydan başlanacağını vurğulayıb.

BŞH-nin KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçılara akkreditasiya qaydaları barədə məlumat verib.

Digər xəbərlər