İslamiadanın rəsmi haştaqları ictimaiyyətə elan edilib

İslamiadanın rəsmi haştaqları ictimaiyyətə elan edilib
İslamiada-2017, Digər
16 Fevral 2017 - 18:01
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi haştaqları ictimaiyyətə elan edilib.

Supersport.Az  xəbər verir ki, təqdim olunan haştaqların hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib haştaqların yerləşdirilməsi kifayətdir. Belə ki, ən maraqlı şəkillər seçilərək “Bakı-2017”nin Facebook səhifəsində (@Baku2017) paylaşılacaq.

Rəsmi haştaqlar arasında #Baku2017, #TeamSolidarity, #BakuMascots, #Baku2017Tickets, #DiscoverBaku və #MyBaku2017 yer alır.

Digər xəbərlər