Adil Əliyev: "Məqsədimiz Avropa, dünya çempionları ilə yanaşı, igid əsgər yetişdirməkdir"

Adil Əliyev: "Məqsədimiz Avropa, dünya çempionları ilə yanaşı, igid əsgər yetişdirməkdir"
Kikboks, Digər, Eksklüziv
06 Fevral 2017 - 10:24
Supersport.Az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev belə deyib.

Üç gün müddətində kikboksinq üzrə ölkə çempionatında 300-dən artıq idmançı mübarizə aparıb.

Yarışın yüksək səviyyədə keçdiyini qeyd edən qurum rəhbəri Adil Əliyev, məqsədlərini açıqlayıb:

"Çempionat "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" adı altında keçirildi. Yeganə məqsədimiz Azərbaycanda vətənpərvər və sağlam, dünyada bizi layiqincə təmsil edəcək nəslin yetişməsidir. Vətənə Avropa, dünya çempionları ilə yanaşı, igid əsgər lazımdır. Buna görə də kikboksinqi daha da inkşaf etdirməyi özümüzə borc bilirik. Çempionatın necə keçməsinə gəlincə, bu dəfəki yarış da möhtəşəmliyi ilə diqqət çəkdi, daha güclü rəqabət oldu. Həm paytaxt, həm də regionları təmsil edən idmançılar özlərini yaxşı tərəfdən göstərdilər. Hər ay yarışlar keçiriləcək. Kişilər və gənclərin çempionatında 12 çəki dərəcəsində mübarizə olacaq. Hər çəkidə 3-4 güclü idmançının olması sevindirici məqamdır. Bölgələrdə də klubların sayının artırılması istiqamətində iş aparılır".

Süleyman

Digər xəbərlər