"Telekom" yenə "Azerreyl"i məğlub etdi

"Telekom" yenə "Azerreyl"i məğlub etdi
Digər, Voleybol
03 Fevral 2017 - 20:20
Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası çərçivəsində daha bir oyun keçirilib.

Supersport.Az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom” ilə qarşılaşıb.

Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən komandaların duelindən “Telekom” komandası 3:2 hesablı qələbə ilə ayrılıb.

Hesabındakı xalların sayını 26-ya çatdıran “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 20 xalla ikinci, “Azəryol” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər