Gəncədə seminar

Gəncədə seminar
Digər, Voleybol
03 Fevral 2017 - 12:21
Ölkəmizdə ilk dəfə olaraq keçirilən voleybol üzrə  Orta məktəb bədən tərbiyəsi müəllimlərinin  seminarı Bakıda keçirildikdən sonra Gəncə şəhərində də təşkil edildi.

Supersport.Az xəbər verir ki, 01-02 fevral 2017-ci il tarixində Gəncə şəhərində Azərbaycan Voleybol Federasiyası, Voleybol İnkişaf mərkəzi CEV və  FİVB nin birgə təşkil etdiyi seminar  FİVB məşqçi instruktoru Papa Georgeous keçirildi.

Seminar iki keçirilmişdi,  ik gün Ramanda Oteldə iştirakçılar uşaqlar üçün voleybolun tədris olunması haqqında danışıldı, video materiallara baxıldı. 02 fevral tarixndə isə  Gəncə şəhər Mircəlal Paşayev adına  39 nömrəli orta məktəbin idman zalında seminarın praktik hissədi keçirildi.

Qeyd edək ki, Papa Georgeous seminar iştirakçılarının voleybol biliklərindən razılıq etdi və hər kəsə uğurlar arzu etdi. Seminarda 30 yaxın orta məktəb bədən tərbiyəsi müəllimi iştirak edirdil. Müəllimlər Gəncə, Yevlax və Göygöl şəhərinin müəllimləri idilər. Seminar bitdikdən sonra bütün iştirakçılar Beynəlxalq sertifikat aldılar.

2017-ci ildə ilk dəfə olaraq  Avropa Çempionatı Azərbaycanda olacaq və çempionatın D qrupunun oyunları Göygöldə keçiriləcəkdir. Bununla əlaqədar olaraq Göygöl Olimpiya Kompleksində müəyyən işlər aparılmalıdır. Bu məqsədlə Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Elnur Məmmədov və Əbülfəz Hüseynov Göygöl şəhərinə getmişdirlər. Gəncə və Göygöl şəhərlərinin rəhbərlikləri ilə keçirilən görüşdə Avropa Çempionatının keçiriləcəyi Olimpiya Kompleksində lazımı işlərin aparılması üçün müvafiq plan hazırlanmışdır.

Digər xəbərlər