"Barselona" səfərdə "Atletiko"dan güclü oldu - Video

"Barselona" səfərdə "Atletiko"dan güclü oldu - Video
Futbol, Video
02 Fevral 2017 - 11:34
İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

 

Supersport.Az xəbər verir ki, mərhələnin ilk oyununda Madrid “Atletiko”su “Barselona”nı qəbul edib. Səfər oyununda 2:1 hesabıyla qalib gələn Kataloniya təmsilçisi finala doğru mühüm addım atıb.
Bu komandalar arasında cavab oyunu fevralın 8-də, “Nou Kamp”da baş tutacaq.

 

Digər yarımfinal cütündə isə “Selta” və “Alaves” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

İspaniya kuboku, yarımfinal, ilk oyun
1 fevral

"Atletiko" - "Barselona"  1:2
Qollar:
Qrizmann, 59 - Suares, 6. Messi, 33.

 

Digər xəbərlər