Həndbolçularımız oyuna hazırlaşır

Həndbolçularımız oyuna hazırlaşır
Digər, Həndbol
01 Fevral 2017 - 13:22
Bakının “ABU” həndbol komandası Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcək.

Supersport.Az xəbər verir ki, qadın həndbolçulardan ibarət “ABU” komandası fevralın 10-11-də Polşanın Elblak şəhərində yerli “Kram Start Elblag” komandası ilə görüşəcək. Nəzərdə tutulan oyun Avropa Həndbol Federasiyasının keçirdiyi “Challenge Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində reallaşacaq.

Qeyd edək ki, əvvəlki mərhələdə həndbolçularımız Belçikanın “Femina Vise” komandasına qalib gəlib.

Digər xəbərlər