4,7 milyard dollar

4,7 milyard dollar
Futbol
29 Yanvar 2017 - 01:23
Supersport.Az-ın məlumatına görə, FIFA, ötən il xarici transferlərə daha çox pul xərcləyən ölkələrin adlarını açıqayıb.

Araşdırmaya əsasən, ilk "beşlik"də İngiltərə, Almaniya, İspaniya, İtalya və Çin yer alıb.

Çin, 2013-ci ildə transferə 27,8 milyon dollar xərclədiyi halda, bu məbləğ 2015-də 168,3 milyona, ötən il isə 451,3 milyona qədər artıb.

Çin Superliqasında bu mövsüm start heyətdə çıxış edəcək legionerlərin sayının 3-ə endirilməsi səbəbindən xərclərin bu il azalması gözlənilir.

Mövsümün əvvəlində dünyada ən çox pul ödəyərək, Pol Poqbanı "Yuventus"dan 116 milyon dollar müqabilində heyətinə cəlb edən "Mançester Yunayted"in olduğu İngiltərə, ötən il transferə 1,37 milyard dollar xərcləyərək zirvədədir.

Beynəlxalq miqyasda xarici transferə xərclər əvvəlki illə müqayisədə 14 faiz artaraq, 4,79 milyarda çatıb.

Digər xəbərlər