Avropa derbisində inanılmaz dönüş - Foto

Avropa derbisində inanılmaz dönüş - Foto
Digər, Basketbol
27 Yanvar 2017 - 01:54
15 xal geridə olan komanda qalib gəldi

Supersport.Az-ın məlumatına görə, THY Avroliqasının türk derbisində "Qalatasaray" qarşısında 15 xal geridə olan "Fənərbağça" meydandan qalib ayrılıb.

"Ülker Sport Arena"da gərginliyi ilə yadda qalan qarşılaşmada "Fənər" qələbə qazanıb - 85:80.

Serb mütəxəssis Obradoviçin komandası oyunun başa çatmasına iki dəqiqə qalmış ilk dəfə hesabda irəli çıxıb.

"Fənərbağça" - "Qalatasaray" Odeabank 85-80

Salon: Ülker Sports Arena

Hakimlər: Daniel Hyerrezuelo (İspaniya), Karmelo Paterniso (İtaliya), Josip Radoykoviç (Xorvatiya)

"Fənərbağça": Ali Muhammed 17, Nunnalli 5, Kaliniç, Datome 14, Veseli 20, Boqdanoviç 14, Sloukas 9, Antiç, Ahmet Düverioğlu 6.

"Qalatasaray": Fitipaldo 5, Sinan Gülər 17, Şilb 21, Mikov 14, Pleyss 9, Göksenin Köksal 1, Dibler 6, Daye, Tyus 7

1-ci period 19-27, 2-ci period 41-54, 3-cü period 64-66, 4-cü period 85:80.

Beş qayda pozuntusuyla çıxan: 36.25 Fitipaldo ("Qalatasaray")

"Fənərbağça" 13-cü qələbəsini qazanıb, "Qalatasaray" 14-cü məğlubiyyətini alıb.

Qalib komandadan Veseli 20, Ali Muhammed 17, Datome və Boqdanoviç isə hərəyə 14 xal qazanıb.

Qarşılaşmada ən çox - 21 xal qazanan Şilb isə "Qalatasaray"ın məğlubiyyətinin qarşısını ala bilməyib.

fenqal2fenqalfenqal3

Digər xəbərlər