"Azərreyl" qələbə qazanaraq ikinci pilləyə yüksəldi

Digər, Voleybol
26 Yanvar 2017 - 00:32
Xanım voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib.

Supersport.Az saytının məlumatına görə, Azərbaycan çempionu “Azərreyl” Fransada “Sen-Rafael”in qonağı olub. "Azərreyl" səfərdə 3:1 hesabı ilə qalib gəlib.

Qrupun digər matçında "Dabrova Qornitsa" (Polşa) evdə "Fənərbaxça"ya (Türkiyə) 1:3 (23:25, 19:25, 25:22, 14:25) hesabı ilə uduzub. Qələbə İstanbul təmsilçisinin liderliyini uzadıb.

 

Çempionlar Liqası

IV tur

C qrupu

“Sen-Rafael” (Fransa) - “Azərreyl” (Azərbaycan) - 1:3 (16:25, 21:25, 25:18, 20:25)

 

Hakimlər: Karol Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya)

Frejyus, Jan Fransua Krakovski İdman Sarayı

 











































1.Fənərbaxça (Türkiyə)3309-1247-2849
2.Azərreyl (Azərbaycan)3216-5133-1696
3.Dabrova Qornitsa (Polşa)3125-7270-2703
4.Sen-Rafael (Fransa)3032-9142-1730

Digər xəbərlər