Türkiyənin basketbol millisində yeni baş məşqçi

Türkiyənin basketbol millisində yeni baş məşqçi
Digər, Basketbol
19 Yanvar 2017 - 16:05
Kişilərdən ibarət basketbol üzrə Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bu barədə Türkiyə Basketbol Federasiyasının (TBF) prezidenti Hidayət Türkoğlu açıqlama verib.

O, bildirib ki, Ermin Atamanı Ufuk Sarıca əvəzləyib. Yığma komandada işləməsinə baxmayaraq, U.Sarıca “Beşiktaş” klubundakı baş məşqçilik vəzifəsinə də davam edəcək.

Yeni baş məşqçi bu il keçiriləcək Avropa çempionatında uğur qazanmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, Ufuk Sarıcanın rəhbərlik etdiyi klub Super Liqada 14 oyundan 11-də, Çempionlar Liqasında isə 12 qarşılaşmanın 10-da qələbə qazanıb.

Digər xəbərlər