Azərbaycan çempionatı: III dövrə təxirəsalma ilə başlayacaq
Digər, Voleybol
18 Yanvar 2017 - 14:55
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti təqvim dəyişikliyi rəsmiləşib. Supersport.Az -ın məlumatına görə, yanvarın 21-də III dövrənin ilk turunda keçirilməli olan “Azərreyl” – “Lokomotiv” matçı təxirə salınıb.
Buna səbəb Famil Ağayevin yetirmələrinin Çempionlar Liqasında iştirakıdı. Görüşün nə vaxt keçiriləcəyi isə yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, yanvarın 21-də dövrənin startında saat 16:30-da “Telekom” “Azəryol”u sınağa çəkəcək. Matç “Gənclik” Olimpiya Kompleksində təşkil olunacaq.