Gənc cüdoçuların açıq birinciliyinə start verilib

Gənc cüdoçuların açıq birinciliyinə start verilib
Digər, Cüdo
12 Yanvar 2017 - 20:50
Yanvarın 12-də “Sərhədçi” Olimpiya İdman Kompleksində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə start verilib.

Supersport.Az xəbər verir ki, ilin ilk yarışı iki gün davam edəcək. Paytaxt birinciliyində 200-ə yaxın cüdoçu qüvvəsini sınayır.

Yarışın ilk günündə qızların mübarizəsində bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Oğlanların yarışında isə 55 və 60 kiloqram çəki dərəcələrində qarşılaşmalar başa çatıb.

Digər xəbərlər