"Qırmızı Şeytanlar"da yeni müqavilə

"Qırmızı Şeytanlar"da yeni müqavilə
Futbol
12 Yanvar 2017 - 17:29
İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.

Supersport.Az xəbər verir ki, "qırmızı şeytanlar" Belçika millisinin üzvü Maruan Fellaininin mövsümün sonunda başa çatacaq müqaviləsini artırıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, 2018-ci ilin iyun ayına qədər "Mançester Yunayted"də qalacaq.

 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Everton"dan "Mançester Yunayted"ə keçib.

Digər xəbərlər