Sadıq Sadıqov mükafatlandırıldı

Sadıq Sadıqov mükafatlandırıldı
Digər, Cüdo
09 Yanvar 2017 - 19:54
Bakıda keçirilən Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarına ziyafət verilib.

Mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində paytaxtımızda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndirən Vizer gələn il ölkəmizdə baş tutacaq dünya çempionatının da yaddaşlarda iz buraxacağına əminliyini ifadə edib.

Supersport.Az-ın məlumatına görə, Marius Vizer cüdo idman növünün inkişafındakı xidmətlərinə görə Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib. Sadıq Sadıqov dünya cüdo təşkilatının rəhbərinə minnətdarlığını bildirərək, ölkəmizin dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. Beynəlxalq Cüdo Federasiyasının belə bir əhəmiyyətli tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı üçün önəmli rol oynayacağına əminliyini ifadə edib.

Digər xəbərlər