Voleybol Federasiyasında növbəti seminar keçirilmişdir

Voleybol Federasiyasında növbəti seminar keçirilmişdir
Digər, Voleybol
24 Dekabr 2016 - 12:23
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse prezidenti Faiq Qarayev Statistika Seminarının iştirakçıları ilə görüşdü.

İlk olaraq onlara uğurlar arzu etdi. Hər birinizə minnətdarlığımız bildiririk ki, bizimlə birgə çalışmağa isdəyirsiz. Qadın hakimlərin sayını artırmalıyıq. Artıq 7 Beynəlxalq Dərəcəli hakimimiz var. Qarşıda bizi böyük yarışlar gözləyir. İlk olaraq klublarımızın sayını artırmalı və çempionatlarımızın keyfiyyətini yaxşılaşdırmalıyıq. Klublarımız isə artıq statistlər üçün xaricə üz tutmayacaqlar bu bizi sevindirir. Mən sizə bir satist kimi baxmıram. Biz artıq bir ailə oluruq. AVF olaraq əlimizdən gələni edirik ki, bizim bütün nümayəndələrimiz üçün lazımı şərait yaradılsın. Bu il biraz gec başladıq. Amma qarşıdakı illərdə sudyalarımıza, statistlərə ingilis dili kursları keçiriləcəkdir. AVF nin planında daha bir kurs var. Bu isə menerlərin kursu olacaqdır.


Onat Kurt artıq türkiyədə və rusiyada statistlərin seminarını keçib. Kurtun bu sahədə böyük təcrübəsi var. İnanıram ki, həm Onat, həm də Ruslan Motorin sizlərə statistikanın bütün incəliklərini öyrədirlər.
AVF-nin Baş Katibi Elşən İsmayılov, bütün iştirakçılara uğurlar arzu etdi. Qeyd etdi ki, bu gün AVF belə bir seminarı heç bir ödənişin olmadan keçirilməsini təmin etdi. Faiq melimdə dedi məndə bir daha deyirəm sizlərə hər bir köməkliyi etməyə öz adıma hazıram.
Sonda Faiq Qarayev bütün iştirakçılara uğurlar arzu etdi və AVF –nin hər zaman əlindən gələn köməkliyi etməyə hazır olduğunu dedi.

Digər xəbərlər