KARATE ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAYIB

KARATE ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAYIB
Karate, Digər
26 Noyabr 2016 - 17:30
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında 17-ci, böyüklərin isə 24-cü karate üzrə Azərbaycan çempionatı başlayıb.

Supersport.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə keçirilir.

Karateçilər yarışın ilk günündə bütün yaş kateqoriyalarında şəxsi kata, həmçinin yeniyetmə və gənclər arasında fərdi kumite yarışlarında güclərini sınayırlar.

Turnirin təntənəli açılış mərasimi noyabrın 27-də keçiriləcək.

Yeni qaydalara əsasən, kumite yarışlarında döyüş zamanı xallara məhdudiyyət qoyulmur, döyüş vaxtı bitdikdə daha çox xal toplamış idmançı qələbə qazanır. Döyüş zamanı 8 xal üstünlük əldə edildikdə döyüş dayandırılır və üstünlüyə malik idmançı təmiz qələbə qazanır.

Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunacaqlar.

 

Digər xəbərlər