QADIN BOKSÇUMUZ AVROPA ÇEMPİONU OLDU

QADIN BOKSÇUMUZ AVROPA ÇEMPİONU OLDU
Digər, Boks
23 Noyabr 2016 - 19:28
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir.

Supersport.Az xəbər verir ki, artıq turnirdə yarımfinal görüşlərinə start verilib. Rinqə çıxan üç Azərbaycan boksçusundan ikisi finala yüksəlib. Belə ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova fransalı Delfin Mançinini məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazansada finalda məğlub olaraq gümüş medal qazanıb. Çempionatda 69 kiloqram çəkidə yarışan Yelena Vıstropova isə rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanaraq. Qızıl medal uğrunda layiqli qələbə qazanaraq millimizə ilk qızıl medalı qazandırıb.

Leyla Cavadova (81 kq) finala gedən yolda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqib idmançının qələbəsi ilə başa çatıb. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub.

Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva isə Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşüb. Başa-baş keçən döyüş rəqib idmançının qalibiyyəti ilə yekunlaşıb. Beləliklə, daha bir təmsilçimiz Avropa çempionatını bürünc medalla başa vurub.

 

Digər xəbərlər