SUPER LİQADA TƏXİRƏSALMA

SUPER LİQADA TƏXİRƏSALMA
Digər, Voleybol
18 Noyabr 2016 - 14:35

Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının "Lokomotiv" - "Azərreyl" görüşü təxirə salınıb.


Supersport.Az-ın məlumatına görə, buna "Lokomotiv" klubunun gənc qız voleybolçularının Naxçıvan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarışda iştirakı səbəb olub.


Görüş noyabrın 19-da keçirilməli idi. Oyunun yeni tarixi hələ açıqlanmır.

Digər xəbərlər