CÜDOÇULARIMIZ U-23 AVROPA ÇEMPİONATINDA GÜCLƏRİNİ SINAYACAQLAR

CÜDOÇULARIMIZ U-23 AVROPA ÇEMPİONATINDA GÜCLƏRİNİ SINAYACAQLAR
Digər, Cüdo
04 Noyabr 2016 - 11:47
Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.

Supersport.Az xəbər verir ki, iki gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq.

Məşqçilər korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınamağı qərara alıb.

Qitə çempionatında 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir.

Digər xəbərlər