QADIN BOKSÇULARIMIZ AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR

QADIN BOKSÇULARIMIZ AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
Digər, Boks
02 Noyabr 2016 - 00:01
Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində qadınlar arasında boks üzrə Avropa çempionatına start veriləcək.

Supersport.Az xəbər verir ki, yarışa hazırlığı davam etdirən milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks Federasiyasında yekunlaşdırmaq üzrədir.

Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) ilə hazırlaşır.

Milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.

Digər xəbərlər