ÇEMPİONATDA 5 KOMANDA YARIŞACAQ

ÇEMPİONATDA 5 KOMANDA YARIŞACAQ
Digər, Voleybol
18 Oktyabr 2016 - 13:14
Qadın voleybolçular arasında 2016/2017 mövsümündə Azərbaycan Super Liqasında 5 klub qüvvəsini sınayacaq. Supersport.Az  saytının məlumatına görə, son mövsümlə müqayisədə “Lokomotiv” mübarizəni dayandırıb.

 

Belə ki, yeni ildə “Azərreyl”, “Telekom”, “Azəryol”, həmçinin Gürcüstanın “Tiflis” klubu çempionluq üçün oynayacaq. “Gənclik” isə çempionata “Lokomotiv” adı ilə qatılacaq.

 

Super Liqa son illərdəki kimi 4 dövrədən ibarət olacaq və ilk “dördlük” yarımfinal mərhələsinə yüksələcək.

 

Çempionatının start günü isə hələlik tam dəqiqləşməyib. Lakin I turun oktyabrın 28-də start götürəcəyi gözlənilir.

 

Qeyd edək ki, ölkəmizi bu il avrokubokda 2 komanda – “Azərreyl”lə “Telekom” təmsil edəcək.

Digər xəbərlər