"AĞ CANAVAR" NÖVBƏTİ DƏFƏ ÇEMPİON OLDU

"AĞ CANAVAR" NÖVBƏTİ DƏFƏ ÇEMPİON OLDU
Kikboks, Digər, Video
26 Sentyabr 2016 - 08:19
“Sәrhәdçi” İdman Olimpiya kompleksindә kikboksinqin K-1 versiyası üzrә Fight Vision-4 beynәlxalq yarışı keçirilib.

Supersport.Az xəbər verir ki, turnirdә 5 ölkәdәn - Belçika, Hollandiya, Türkiyә, Gürcüstan, Almaniyadan olan kikboksçular hәmyerlilәrimizlә döyüşüblər.

Azərbaycan idmançısı "Ağ canavar" ləqəbli Eduard Məmmədov gürcüstanlı Otar Danzilovi ilə üz-üzə gəlib.

Rəqibindən açıq-aşkar üstün olan həmyerlimiz döyüşü qələbə ilə başa vurub.

Bununla da E.Məmmmədov 63,5 kq çəki dərəcəsində peşəkarların çempion kəmərinə sahib çıxıb.

Qeyd edək ki, turnir Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə keçirilib. Bu qələbə sentyabrın 25-də doğum gününü qeyd edən Adil Əliyevə bir növ hədiyyə olub.


 













Digər xəbərlər