REKORD, ANTİREKORD VƏ İLK

REKORD, ANTİREKORD VƏ İLK
Futbol
10 Sentyabr 2016 - 23:01


Futbol üzrə Azərbaycan çempionatının IV turunun “Neftçi” – “Qəbələ” oyunu statistik məqamlarla zəngin olub.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, mövsümün ilk het-trikinin qeydə alındığı görüşdə hər iki komanda tarixi nəticəylə yadda qalıb. Onlardan biri rekord, digəri antirekord kimi tarixə düşüb.

0:8 hesabı ilə uduzan “Neftçi” Azərbaycan çempionatlarında ən böyükhesablı məğlubiyyətini alıb. Bunadək bakılılar ən pis halda – iki dəfə 4 top fərqilə uduzub. “Ağ-qaralar” həm də müstəqillik dönəminin bütün yarışlarındakı ən ağır məğlubiyyətini təkrarlayıb. Paytaxt klubu 19 il əvvəl UEFA Çempionlar Liqasında Polşa “Vidzev”inə də eyni hesabla uduzub.

“Qəbələ” Azərbaycan çempionatlarında ən böyükhesablı qələbəsini qazanıb. Bunadək əyalət klubu 6 top fərqilə qalib gəlib. “Qırmızı-qaralar” tarixinin rekordunu da təkrarlayıb. Qəbələnin eyniadlı komandası 11 il əvvəl I divizionda oynadığı vaxt 8:0-a şahid olub. Klub tarixinin ilk matçında komanda “Şərur” üzərində ev qələbəsi qazanıb. Komandasının qollarından üçünə imza atan Baqali Dabo isə mövsümün ilk het-trikinin müəllifi kimi tarixə düşüb.

Digər xəbərlər