ZABİT SƏMƏDOV: "ELƏ BİR İDMANÇI DEYİLƏM Kİ, KİMDƏNSƏ ÇƏKİNİM"

ZABİT SƏMƏDOV: "ELƏ BİR İDMANÇI DEYİLƏM Kİ, KİMDƏNSƏ ÇƏKİNİM"
Kikboks, Digər
09 Sentyabr 2016 - 02:32
Xəbər verdiyimiz kimi, azərbaycanlı K-1 ustası Zabit Səmədov pərəstişkarları ilə görüşüb. Supersport.Az-ın xəbərinə görə, görüşdən əvvəl Z.Səmədov jurnalistlərin suallarını cavablandırıb.

O, Qroznıda peşəkar boksçular arasında dünya çempionu adını qazanması ilə bağlı danışıb.

- Dünya çempionluğu döyüşündə ilk raundda rəqibə nokautla qalib gəlib çempion oldunuz. Bu, öncədən düşünülmüş taktiki gediş idi, yoxsa?

- Gözləmədiyim qədər tez bir qələbə oldu. Bunu bilmək olur ki, neçənci raundda qələbə qazanacaqsan, ya da nokautla qalib gələcəksən.

- Dünya çempionluğunu ən böyük nailiyyətin kimi qəbul etmək olarmı?

- Açığı, məndə elə bir istək olmayıb ki, çempionluq kəmərlərim çox olsun. Çalışmışam ki, güclü döyüşçülərlə döyüşəm. Avropa və dünya çempionluğu o qədər də önəmli deyil. Əsas odur ki, güclü döyüşçülərlə döyüşüm.

- Katalin Moroşanuya ilə döyüşdən bir gün öncə, o, sizə aqresiv davranmışdı. Döyüş zamanı bu amil sizə təsir etdi?

- Xeyr. Məni bir az güldürdü. Elə bir idmançı deyiləm ki, kimdənsə çəkinəm. O, hər döyüşdən əvvəl rəqiblərinı qarşı elə hərəkətlər edir. Nəticə göz qabağındadır.

- Katalin Moroşanuya qalib gəlmək necə bir hisdir?

- Onu yaxşı tanıyıram. 10 ildir K-1 də vuruşuram, özü də ağır çəkidə. Onunla görüşmüşük və rəqiblərimiz başqa rəqiblər olub. Yaxın münasibətimiz olub, bir yerdə hazırlaşmışıq döyüşə.

- Katalin Moroşanu güclü idmançıdır. Siz onunla döyüşdə çox rahat idiniz...

- Katalin güclü döyüşçüdür və ağır zərbələri var. Katalinin rəqibləri qüvvətli olub və onlara nokautla qalib gəlməyi bacarıb. Mən o zərbələri hiss edirdim və qaçmağı bacarırdım.

Digər xəbərlər