CÜDOÇUMUZ OLİMPİADADA MÜKAFATSIZ QALDI

CÜDOÇUMUZ OLİMPİADADA MÜKAFATSIZ QALDI
Olimpiya, Rio-2016, Cüdo
07 Avqust 2016 - 10:42
Supersport.Az-ın məlumatına görə, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Orxan Səfərov mükafat qazana bilməyib.

60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz əvvəlcə 1/32 finalda Peru təmsilçisi Xuan Postiqosu məğlub edib.

Ardından Orxan, Qırğızıstan təmsilçisi Otar Bestayev üzərində təmiz qələbə qazanıb. İdmançımız səkkizdəbir finalda braziliyalı idmançı Felipe Kitadaiyə ipponla qalib gələn O.Səfərov yarımfinala yüksəlib. Orxan Səfərov yarımfinalda qazaxıstanlı son dünya çempionu Yeldos Smetova uduzub. Azərbaycan idmançısı bürünc medal uğrunda görüşdə yaponiyalı Naohisa Takotaya məğlub olaraq olimpiadanı beşinci pillədə başa vurub.

 

 

 

Digər xəbərlər