MİLLİMİZ AVROPA ÇEMPİONATINA QƏLƏBƏ İLƏ BAŞLADI

MİLLİMİZ AVROPA ÇEMPİONATINA QƏLƏBƏ İLƏ BAŞLADI
Digər, Basketbol
18 İyul 2016 - 07:49
Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa birinciliyinin C divizonunda mübarizəyə start verilib. 16 yaşadək basketbolçulardan ibarət milli komandamız turnirə qələbəylə başlayıb. Yığmamız Uels kollektivini məğlub edib – 75:51. Görüşün ən məhsuldar oyunçusu 19 xalla komandamızın üzvü Səadəttin Donat olub.

Qeyd edək ki, U-16 millimiz A qrupunda Uelsdən başqa, turnirin ev sahibi Kipr, Malta və San-Marino ilə mübarizə aparır. Samit Quluzadənin yetirmələri növbəti oyununu bu gün meydan sahiblərinə qarşı keçirəcək.

Digər xəbərlər