MİLLİMİZ OLİMPİADAYA ŞAHDAĞDA HAZIRLAŞIR

MİLLİMİZ OLİMPİADAYA ŞAHDAĞDA HAZIRLAŞIR
Olimpiya, Rio-2016, Cüdo
12 İyul 2016 - 16:34
Supersport.Az-ın məlumatına görə, cüdo üzrə Azərbaycan milli komandası Şahdağ Qış-Yay Turizm Kompleksində təlim-məşq toplanışında iştirak edir.

Rio Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirən cüdoçularımız gün ərzində iki dəfə məşq keçirlər.

Azərbaycanda iyulun 17-də təlim-məşq prosesini başa vuracaq milli komandamız daha sonra Almaniyaya yollanacaq. Cüdoçularımız hazırlıqlara Berlin şəhərində davam edəcək.

 

Digər xəbərlər