GİMNASTLARIMIZ DÜNYA KUBOKUNDA İŞTİRAK EDİB

GİMNASTLARIMIZ DÜNYA KUBOKUNDA İŞTİRAK EDİB
Digər, Gimnastika
07 İyul 2016 - 00:40
1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib. Supersport.Az xəbər verir ki, kişi idman gimnastikası üzrə yarışlarda ölkəmizi Murad Ağarzayev və Daniel Lukas təmsil edib.

Böyüklər yaş qrupunda ilk dəfə çıxış edən gimnast Murad Ağarzayev dəstəli at üzərində finalda 4-cü, sərbəst hərəkətlərdə 5-ci, turnik üzərində 6-cı, dayaqlı tullanmada 7-ci, parallel qollar və halqalar üzərində hərəkətlərdə isə 8-ci nəticəni göstərib.

Yarışlarda iştirak edən digər təmsilçimiz Daniel Lukas dayaqlı tullanma üzrə finalda 5-ci yerdə qərarlaşıb.

Digər xəbərlər