İKİ GÜNDƏ 3 MEDAL

İKİ GÜNDƏ 3 MEDAL
Digər, Cüdo
25 İyun 2016 - 01:12
Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının iki günündə Azərbaycan milli komandası üç medala sahib çıxıb.

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal əldə edib.

Digər xəbərlər