BOKSÇUMUZ UDUZDU, LİSENZİYA ŞANSINI SAXLAYIR

BOKSÇUMUZ UDUZDU, LİSENZİYA ŞANSINI SAXLAYIR
Digər, Boks
23 İyun 2016 - 16:50
Paytaxtımızda davam edən boks üzrə olimpiya lisenziyalı son turnirdə artıq əsas mərhələyə start verilib.

Supersport.Az-ın məlumatıan görə, mübarizəni davam etdirən 3 boksçumuzdan ikisi rinqə məhz bu gün çıxır.

Yarış gününün günorta proqramında 75 kq-da Kamran Şahsuvarlı 1/4 finalda irlandiyalı idmançı Maykl Orilli ilə döyüşüb. K.Şahsuvarlının dörddəbir finaldakı rəqibi "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub. Boksçumuz uduzaraq, mübarizəni dayandırıb. Kamran Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, K.Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı beşincı yerdə tamamlayacaq. Bu da reqlamentə uyğun "Rio-2016"ya vəsiqə deməkdir.

Bu gün rinqə 81 kq çəki dərəcəsində Teymur Məmmədov da çıxacaq. İdmançımızın 1/4 finaldakı rəqibi isə mərakeşli Hassan Saadadır. Turnirdə 75 və 81 kq-larda olimpiadaya vəsiqəni ilk 5 yeri tutan idmançılar qazanacaqlar.

49 kq-da ölkəmizi təmsil edən Rüfət Hüseynov isə sabah yarışa qoşulacaq. İdmançımız yarımfinalda mübarizə aparacaq. 49 kq çəkidə Rioya finalçılar yollana biləcəklər.

Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət milli komanda olimpiadaya tam heyətlə qatılacaq.

Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək. Turnirə iyunun 25-də yekun vurulacaq.

Digər xəbərlər