HAKAN ÇALHANOĞLU: "TƏSLİM OLMAYACAĞIQ"

HAKAN ÇALHANOĞLU: "TƏSLİM OLMAYACAĞIQ"
Futbol
12 İyun 2016 - 19:05


“Oyuna yaxşı başladıq. Ancaq olmadı”. Supersport.Az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu deyib.

Avropa çempionatındakı ilk matçında Xorvatiyaya məğlub olan “ay-ulduzluları”ın yarımmüdafiəçisi fikirlərini bölüşüb: “İki komanda da hücum edirdi. Dönən topların biri Modriçin ayağına düşdü, Volkan görmədi hərhalda. Qarşıda Çexiya və İspaniya oyunları var. Təslim olmayacağıq. Motivasiyamızı yüksək tutmalıyıq. Ayaqüstə durmalıyıq. Əlimizdən gələni edəcəyik”.

Digər xəbərlər