KARATEÇİLƏRİMİZ AÇIQ ASİYA KUBOKU YARIŞLARINDA UĞURLA ÇIXIŞ EDİBLƏR

KARATEÇİLƏRİMİZ AÇIQ ASİYA KUBOKU YARIŞLARINDA UĞURLA ÇIXIŞ EDİBLƏR
Karate, Digər
10 İyun 2016 - 12:43
Rusiyanın Barnaul şəhərində kosiki karate-do üzrə açıq Asiya kuboku yarışları keçirilib.

Supersport.Az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda 6 idmançı təmsil edib.

Bunkay kumite yarışlarında Azərbaycan komandası uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri Rusiya, üçüncü pilləni isə Qazaxıstan komandası tutub.

Şəxsi yarışlarda da karateçilərimiz uğurla çıxış ediblər. Kumite yarışlarında Asim Məmmədli (12-13 yaşlılar arasında, 55 kq), Asiman Namazov (73 kq) və Faiq Bayramov (82 kq-dan yuxarı) qızıl medal qazanıblar. Asəf Məmmədov (12-13 yaşlılar arasında, 55 kq), Alina Berzigiyarova (12-13 yaşlılar arasında, 48 kq) yarışı gümüş, Nazim Mövsümzadə (73 kq) isə bürünc medalla başa vurublar.

Kata yarışlarında isə Nazim Mövsümzadə və Alina Berzigiyarova qızıl, Asiman Namazov isə bürünc medala sahib olublar.

Medalların sayına görə, komandamız yarışı birinci pillədə başa vurub.

Digər xəbərlər