"BAYERN"DƏN "BORUSSİYA"YA

"BAYERN"DƏN "BORUSSİYA"YA
Futbol
06 İyun 2016 - 21:57
Almaniyanın "Borussiya" Dortmund klubu bir futbolçu ilə heyətini gücləndirib.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Bayern" klubunun futbolçusu Sebastian Rodeni transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rode ötən mövsüm Münhen klubunun forması ilə meydana çıxdığı 17 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Digər xəbərlər