"WORLD MASTERS"DƏKİ QƏHRƏMANLARIMIZ VƏTƏNƏ DÖNDÜLƏR

"WORLD MASTERS"DƏKİ QƏHRƏMANLARIMIZ VƏTƏNƏ DÖNDÜLƏR
Digər, Cüdo
02 İyun 2016 - 20:14
Meksikanın Qvadalaxara şəhərində Olimpiya Oyunlarına son lisenziya xarakterli “World Masters” turnirində uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.

Supersport.Az xəbər verir ki, mötəbər turnirdə 4 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, “World Masters” turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.

Digər xəbərlər