"QARABAĞ" REYNALDO İLƏ BAĞLI MƏLUMAT YAYDI

"QARABAĞ" REYNALDO İLƏ BAĞLI MƏLUMAT YAYDI
Futbol
02 İyun 2016 - 19:25


"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov özünün"Facebook" hesabından vətənində qəza keçirən Reynaldo ilə bağlı məlumat yayıb.

Supersport.Az həmin məlumatı təqdim edir:

"Mövsümlərarası fasilə dönəmində vətənində olan futbolçumuz Reynaldo idarə etdiyi avtomobillə qəza keçirmişdir. Hadisə zamanı motosiklet sürücüsü xəsarət almışdır. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb.

Qeyd edək ki, hadisə zamanı Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdir və hazırda evindədir. Məsələylə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik".

Digər xəbərlər