ROMAN QRİQORÇUK: "QURBAN QURBANOV MÖHTƏŞƏM MƏŞQÇİ VƏ ƏLA İNSANDIR"

ROMAN QRİQORÇUK: "QURBAN QURBANOV MÖHTƏŞƏM MƏŞQÇİ VƏ ƏLA İNSANDIR"
Futbol
02 İyun 2016 - 10:35
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər deyib.


Supersport.Az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Qurban Qurbanovun “İnter”lə çempionat oyununda penaltini kənara vurmaqla bağlı futbolçusuna verdiyi göstərişlə bağlı sualı cavablandırarkən deyib:


"Daha öncə söyləmişəm və bir daha təkrar edirəm ki, Qurban Qurbanov möhtəşəm məşqçi və əla insandır. Buna görə də onun "İnter"lə Premyer Liqa matçında futbolçusuna penalti zərbəsini bilərəkdən kənara vurması ilə bağlı göstərişi məni təəccübləndirmədi. Belə bir insanla gözəl münasibətim olduğu üçün şadam. Biz istənilən vaxt zəngləşə və ya hər hansı mövzuda söhbət edə bilərik".

 

Digər xəbərlər