CÜDOÇULARIMIZ QAZAXSTAN QRAN-PRİSİNDƏ 3 MEDAL QAZANDILAR

CÜDOÇULARIMIZ QAZAXSTAN QRAN-PRİSİNDƏ 3 MEDAL QAZANDILAR
Digər, Cüdo
15 May 2016 - 20:55
Qazaxstanın Almatı şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışı Azərbaycan milli komandası üçün uğurlu olub.

Supersport.Az xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar. 100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Qazaxstan Qran-Prisinin qızıl medalına sahib olub. Ağır çəkidə yarışan cüdoçumuz Uşangi Kokauri yalnız finalda uduzaraq gümüş medal qazanıb. Daha bir cüdoçumuz Məhəmmədəli Mehdiyev (90 kq) Almatı Qran-Prisini bürünc medalla başa vurub. Hər üç cüdoçumuz bu uğurlarla Rio olimpiadasına vəsiqə qazanmaq şanslarını yüksəldiblər.

Digər xəbərlər